Bakı-Quba yolunda “Rənc Rover” markalı avtomobil yanıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Rənc Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.
İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Xəsarət alan və ya ölən olmayıb.
“Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, - deyə R.Tağıyev vurğulayıb.
Videonu təqdim edirik:
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...