Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi.
BUTA.TV xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, oyundan əvvəl "Qarabağ"ı məğlub edəcəklərini düşündüyünü bildirib: "Rəqibin bundan əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Bunların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nələrisə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.
"Neftçi"nin baş məşqçisi heyətlərində texnikalı oyunçuların olduğunu söyləyib: "Ancaq təkbətək mübarizələrdə çətinlik çəkirik. Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur".
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...