Asiya İnkişaf Bankından dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrdən ötrü maliyyə vəsaitlərinin cəlb edilməsi gözlənilir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AİB-in Gürcüstanın paytaxtı Tiflisdə keçirilən illik iclası çərçivəsində bankla 2024-2028-ci illər üçün yeni tərəfdaşlıq strategiyasını şərh edərkən deyib.
“Azərbaycan və AİB arasında həyata keçirilən layihələr bir sıra sektorları əhatə edir. Bunlara ictimai nəqliyyat və infrastruktur layihələri daxildir”, - nazir bildirib.
S.Şərifov Trans-Adriatik qaz kəmərinin genişləndirilməsi layihəsinin gedişatından da danışıb:
“Biz bir dövlət olaraq bu qaz kəmərinin genişləndirilməsi istiqamətində vəsait cəlb etmək üçün danışıqlarda o qədər də fəal iştirak etmirik. Zəngin səhmdarlar layihə üzərində işləyir və onlar hökumətin iştirakı olmadan lazımi vəsaiti özləri toplaya biləcəklər".
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...