UNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz Bakıda UNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.
Bizim ümumi fikrimiz ondan ibarət idi ki, UNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”, - H.Hacıyev bildirib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı