Ermənistan Azərbaycanla şərti sərhəddinə polis qüvvələri cəlb edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
“Kiratsın girişini bağlamaq üçün Şirak, Şorəyel (Araqatsotn) və Armavir bölgələrindən olan polis qüvvələri də bura yerləşdirilib. Səhər tezdən polis qüvvələri Kirats kəndinə gəlib və kobud güc tətbiq edərək, yolu bağlayan sakinləri, o cümlədən azyaşlılara nəzarəti ələ alıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Kirats kəndi yaxınlığında minalardan təmizləmə işləri aparır, ona görə də ora gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.
Həmçinin əraziyə “qara beretlilər”in də yeridildiyi vurğulanıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı