Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb.
BUTA.TV xəbər verir ki, ASAN TV-yə qeyri-rəsmi müsahibə verən keçmiş məmur oğlunda iflicolmanın 1997-ci ildən başladığını bildirib.
“Elçin mənim belimi qırdı. Sol qıçından problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-a apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Bildirdilər, bunun müalicəsi yoxdur. Almaniyaya, İngiltərəyə, İsrailə də aparıldı, xeyri olmadı. Səbəbi stress və qorxu göstərildi. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”, – deyə A.Şərifov qeyd edib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı