İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də mina hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti stabildir.
Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
- Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi
- Azərbaycanda general işdən çıxarıldı
- Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? - Manqasaryan
- Vahid Ələkbərovun oğlu da ABŞ-ın qara siyahısında
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan