İsveç videotəkrar sistemindən (VAR) istifadə etməyəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu məlumatı İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reynfeldt “Aftonbladet”ə müsahibəsində təsdiqləyib.
Onun sözlərinə görə, İsveçin 18 aparıcı klubu VAR-ın tətbiqinə qarşı çıxıb.
“Biz bu mövqeyə hörmətlə yanaşırıq. Buna görə də komanda nümayəndələrinin əvvəlki şurasında VAR ilə bağlı təkliflər irəli sürməmişik. Bu, yaxın gələcəkdə də baş verməyəcək”, – Reynfeldt bildirib.
Bu mövqe azarkeşlərin VAR tətbiqinə müqavimət göstərməsi, İsveç klublarının isə 51%-nin azarkeşlərə məxsus olması ilə izah edilib.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı