Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxın geri qaytarılan 4 kəndinin qonşuluğunda olan erməni kənd başçıları ilə görüşü haqda yeni iddia yayılıb.
BUTA.TV xəbər verir ki, bir neçə gün əvvəl İrəvanda, Nazirlər Kabinetində baş tutan görüşlə bağlı politoloq Alen Gevondyan iddia səsləndirib.
Onun sözlərinə görə, Paşinyan kəndlərin qaytarılmasına etiraz etməməyi əmr edib. Buna cavab olaraq “sabah türklər başqa torpaq istəyəcəklər, verəcəyik” deyə soruşublar.
Paşinyan isə əsəbiləşib və bildirib ki, bəli, kəndləri, anklavları – Əliyev nəyi istəsə, verəcəm.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qeyd edək ki, bu iddianın nə qədər real olduğu bəlli olmasa da, Qazaxın 7, Naxçıvanın 1 kəndinin işğal edildiyini Ermənistanda həm Nikol Paşinyan hökuməti, həm də ondan əvvəlkilər etiraf ediblər. Bu kəndlərimizin 1990-92-ci illərdə işğal edildiyini isə Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan da təsdiqləyib. Buna baxmayaraq, ilk mərhələdə anklav olmayan 4 kəndin qaytarılmasına qarşı siyasi-ictimai şou təşkil etməkdən və bunu hakimiyyətə qarşı təzyiq vasitəsinə çevirməkdən çəkinmirlər.
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı
- Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video