Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət olunub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçikadakı səfiri və Avropa Birliyi (AB) yanında missiyanın rəhbəri Vaqif Sadıqov X hesabında paylaşım edib.
"AB-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı əsaslı fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Gimarayeşə dərin təşəkkürümü bildirirəm. Bu görüş həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunun göndərilməsi də yaxşı fürsət oldu", - diplomat paylaşımında qeyd edib.
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı
- Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video