“Rossiya 1” telekanalında yayımlanan “Həminki Kiselyov” filmində jurnalist Dmitri Kiselyov Rusiya Prezidenti Vladimir Putinin onu “Rossiya Seqodnya” media qrupuna rəhbərlik etməyə necə dəvət etdiyini danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Jurnalist bildirib ki, o, motosiklet sürərkən mobil telefonuna zəng gəlib. Zəng edən Rusiya liderinin o vaxtkı media meneceri Sergey İvanov olub və Kiselyova dövlət başçısının onu görmək istədiyini deyib.
Kiselyovun sözlərinə görə, o, təyin olunmuş vaxtda prezidentin yanına gəlib və onu İvanov qarşılayıb. İvanov xüsusi olaraq qeyd edib ki, bu kabinetdə təkliflərdən imtina etmirlər:
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Vladimir Vladimiroviç dedi: Budur, mənim bir fərmanım var, soyadı yazmalıyam. Biz RİA Novosti və “Rusiyanın səsi”, yəni xaricdə yayımı da əhatə edən “Russia Today” media qrupu yaradırıq. Mən sizi bura rəhbər kimi görürəm. Dedim ki: Əslində, gözlənilməz oldu, Vladimir Vladimiroviç, yəqin ki, bu barədə düşünməliyəm”.
Bundan sonra Putin Kiselyovdan motosiklet sürüb-sürmədiyini soruşub və o, müsbət cavab verib:
“Putin dedi ki: Siz bunu daha az etməlisiniz”.
Kiselyov Putinlə razılaşdığını qeyd edib. Daha sonra dövlət başçısı ondan yeni vəzifə barədə artıq fikirləşib-fikirləşmədiyini soruşub.
“Dedim ki, yaxşı, düşündüm. Putin cavab verdi ki: Düşünürəm ki, siz bunun öhdəsindən gələ bilərsiniz, sizə uğurlar arzulayıram, indi mənim əməkdaşımsınız”.
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı