Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.
BUTA.TV xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəflərini formalaşdıra bilərik. Biz iqlim maliyyələşməsinə büdcədən 6 milyard ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm", - o qeyd edib.
O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib.
"Əminəm ki, əməkdaşlığımızı daha da dərinləşdirəcəyik", - Almaniya Kansleri vurğulayıb.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı