Fələstin-İsrail məsələsi ədalətli şəkildə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiskə Fələstinlə ünvanladığı məktubda bildirib.
“1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir. İsrailin Qəzzaya hücumları və 3-cü ilinə girən Ukrayna müharibəsinin qlobal təsirləri başda olmaqla, qarşılaşdığımız problemlər beynəlxalq ictimaiyyətdən əməkdaşlıq və koordinasiyada hərəkət etməyi tələb edir.
Son zamanlar bütün dünyada yayılan anti-islamizm, irqçilik və ksenofobiya kimi cəmiyyətlərarası sülhü və sabitliyi təhdid edən tendensiyaları nəzərə alsaq, hər şərtdə bütün tərəflərlə dialoq yarada bilən aktyorlara tarixdə heç olmadığı qədər ehtiyac var”, - Ərdoğan bildirib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt