Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib.
O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.
"Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır", - deyə saytda dərc olunan xəbərdə vurğulanıb.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt