Ramazan bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki bəzi siyasi partiyaların rəhbərləri ilə telefon danışıqları olub.
BUTA.TV xəbər verir ki, partiya rəhbərləri qarşılıqlı bayram təbriklərini çatdırıblar.
Bu gün AKP üzvlərinə də müraciətlə səslənən Türkiyə Prezidenti martın 31-də keçirilmiş özünüidarə orqanlarına seçkiləri dəyərləndirdiyini deyib.
AKP və Cümhur İttifaqının hazırkı dövrdən daha da güclənərək çıxacaqlarını ifadə edən Prezident Ərdoğan siyasi fəaliyyətlərini eyni şəkildə davam etdirəcəklərini və seçkilərin nəticələrini təhlil etdiklərini deyib.
Rəqabət səviyyəsi yüksək bir seçkidən xalq olaraq alnıaçıq çıxdıqlarını vurğulayan Ərdoğan seçkinin nəticələrinin xalqa və dövlətə xeyirli olmasını diləyərək qaliblərə uğurlar arzulayıb.
Hər partiyada olduğu kimi AKP-də seçkinin nəticələrini dəyərləndirdiyini qeyd edən Türkiyə Prezidenti yaranmasından sadəcə 15 ay sonra millətin rəğbətini qazanan AKP son 22 il ərzində ölkədə keçirilən 17 seçkinin hər birindən birinciliklə ayrıldığını vurğulayıb.
Şəhidləri rəhmətlə yad edən Türkiyə Prezidenti bütün İslam dünyasının bayramını təbrik edib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt