“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.
BUTA.TV Pressing.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib. O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.
“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər. Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.
Qeyd edək ki, “Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi.
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi