İsveçrənin NZZ nəşri Fransa qoşunlarının Ukraynaya daxil olması halında hadisələrin inkişaf edə biləcəyi dörd ssenarini təsvir edib.
BUTA.TV xəbər verir ki, birinci ssenari Belarus ərazisindən Rusiya qüvvələrinin mümkün hücumunun qarşısını almaq üçün Fransa kontingentinin Kiyevin şimalına yerləşdirilməsini nəzərdə tutur. Belə olan halda, bəzi ekspertlərin əvvəllər də qeyd etdiyi kimi, Ukrayna oradakı öz qoşunlarını ön xəttə köçürə biləcək.
İkinci variantda Fransa qüvvələri Ukrayna cəbhəsinin sıçrayışının mümkün olduğu Zaporojye istiqamətində ehtiyat qüvvə rolunu oynayacaq.
Üçüncü variant Odessanın fransız hərbçiləri tərəfindən mühafizəsini nəzərdə tutur. Daha əvvəl KİV-lər yazıblar ki, Makron guya ətrafı ilə qeyri-rəsmi söhbətində “uşaqları Odessaya göndərməli” olduğunu deyib.
Dördüncü ssenari Fransa bölmələrinin Moldovada yerləşdirilməsini nəzərdə tutur.
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı