Kiyev ABŞ Konqresinin hələ də Ukraynaya yardım ayırmaq barədə qərar qəbul edəcəyini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Mən Ronald Reyqanın partiyasını təmsil edən hər kəsin Ukraynadan əl çəkəcəyinə inanmıram. Reyqan Sovet İttifaqını və Rusiyanı başa düşürdü və başa düşən hər kəs bizim döyüşçülərimizi dəstəkləməyə davam edəcək, çünki onlar başa düşürlər ki, diktatorlar heç vaxt könüllü olaraq dayanmır və dayandırılmalıdır", - Yermak söyləyib.
Onun fikrincə, Ukraynaya yardım yenə də təsdiqlənəcək. Bununla belə, o, bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib, ancaq yaxın vaxtlarda qərarın verilməli olduğunu israr edir:
“Bu arada, bu, bizim həyatımız bahasına başa gəlir və həqiqətən ümid edirəm ki, yardım bu ay qəbul olunacaq, çünki Ukrayna kritik bir məqama yaxınlaşır”.
Yermak bildirib ki, Ukraynanın son üç həftə ərzində məruz qaldığı hücumlar Rusiyanın hücumu öncəsi ölkəni zəiflətmək kampaniyasının bir hissəsidir.
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...