Fransa Qüdsdə israillilərlə ermənilər arasında toqquşmalardan narahatdır.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın Qüdsdəki Baş Konsulluğunun bəyanatında bildirilib.
“Fransa Qüdsün erməni məhəlləsində dünən baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, aprelin 4-də Qüdsdə mübahisəli torpaq sahəsində israillilərlə erməni icmasının radikal fəalları arasında toqquşma baş verib. İcma nümayəndəsinin sözlərinə görə, buna səbəb “quraşdırılmış hasarların polis tərəfindən qanunsuz olaraq sökülməsidir”.
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi