Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
“Bizim erməni parlamentarilərlə normal təmaslarımız var. May ayında Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Hesab edirəm ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər. Qarşılıqlı iddialar və narazılıqlar var və ola bilər, lakin bunların hamısı həll olunandır”, - Cabarov bildirib.
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi