Aktyor, şoumen Eldar Bağırbəyovun evi uçub.
Kult.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb. O bildirib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub.
Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib.
Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub. O, eyni zamanda Birinci Qarabağ Müharibəsi qazisidir.
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi