“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın qapıçısı Andrey Lunyovun yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
BUTA.TV xəbər verir ki, klub rəsmisi qeyd olunan məbləğin və rusiyalı qapıçının meneceri Anton Smirnovun fikirlərinin məhz “Qarabağ” tərəfindən mətbuata sızdırıldığı barədə iddianı təkzib edib.
“Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların haradan çıxdığı, kim tərəfindən uydurulduğu bizə məlum deyil. Biz də belə bir məsələ olduğunu mətbuatdan oxumuşuq”, - A.Hacıyev bildirib.
Qeyd edək ki, Anton Smirnov Rusiya mediasına müsahibəsində Andrey Lunyovun “Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər variantları nəzərdən keçirəcəklərini bildirib.
Xatırladaq ki, 32 yaşlı qolkiperin ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi