Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.
BUTA.TV “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. Keçidin Avro-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.
Qeyd edək ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə edib. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq