Rusiya tezliklə Ermənistana iqtisadi sanksiyalar tətbiq edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qeyd olunub ki, bu barədə siqnallar artıq qeyri-rəsmi olaraq Moskvadan Ermənistanın ən mühüm iri biznes strukturlarına ötürülüb:
“Bu, ilk növbədə, Paşinyana və komandasına yaxın olan şirkətlərə və müəssisələrə təsir edəcək. Amma bu və ya digər şəkildə çətin olacaq və hamı bundan təsirlənəcək”, - məlumatda qeyd olunub.
Səbəb isə İrəvanın Qərbə üz tutması göstərilir:
“Biz həmçinin Yuxarı Lars keçid məntəqəsindən keçərkən gecikmələrdən, bəzi növ erməni məhsullarına Rusiya bazarının bağlanmasından, vergi və digər sanksiyalardan danışacağıq. Bütün bunlar ermənilərə Qərbə yaxınlaşmanın nəticələrini göstərmək üçün edilir”.
Daha sonra bildirilir ki, Rusiya hakimiyyəti Brüsseldəki üçtərəfli görüşün nəticələrini gözləyir, ondan sonra Ermənistan hakimiyyətinin seçimi aydınlaşanda bu addımlar əməli formada olacaq.
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?