Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşda hansısa kənd və ya qəsəbənin Azərbaycana verilmədiyini bildirən paylaşım edib.
BUTA.TV xəbər verir ki, Simonyan ümumiyyətlə belə bir müzakirənin getmədiyini vurğulayıb.
O qeyd edib ki, Tavuşda hansısa kəndin veriləcəyini nə o deyib, nə də komanda yoldaşları:
“Getmək, sərhəd kəndlərinə girib reallığı, deyilənləri manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur. Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.
O vurğulayıb ki, Ermənistan Respublikasının aydın xəritəsi var:
“O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.
Simonyan paylaşdığı xəritədə Qazaxın hazırda Ermənistanda işğal altında olan anklav olmayan 4 kəndinin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndimizin isə eksklavımız olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olduğunu Simonyan bu xəritə ilə təsdiqləyib və Ermənistanın hansısa kəndinin verilmədiyini, Azərbaycanın öz kəndlərinin qaytarıldığını izah edib.
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?