Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda "Kroskus Siti Holl"da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən 1 Rusiya vətəndaşını və 2 xarici vətəndaşı - Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, - məlumatda qeyd olunub.
Qeyd edilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?