“Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq.
Kult.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.
O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-də və 9-da, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir