Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciətində qeyd olunub.
Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - məlumatda qeyd olunub.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?