Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.
BUTA.TV xəbər verir ki, Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ölkədə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?