Bakı Apellyasiya Məhkəməsində Əziz Orucov barədə qərar qəbul olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
Bildirib ki, onun barəsində Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb
- Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? - Manqasaryan
- Vahid Ələkbərovun oğlu da ABŞ-ın qara siyahısında
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama