Ukrayna hakimiyyəti Tiktokun əngəllənməsini nəzərdən keçirə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin deyib.
“Eyni qadağa ABŞ-da tətbiq olunarsa, Ukrayna hakimiyyəti Tiktokun əngəllənməsini nəzərdən keçirəcək”, - o bildirib.
Yurçişinin sözlərinə görə, Ukrayna ABŞ-ın tətbiq etdiyi sanksiyalara bənzər sanksiyalar tətbiq edə bilər.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Tiktokun sahibi “ByteDance” şirkətinin şəbəkəni altı ay ərzində satmayacağı təqdirdə, onu əngəlləyəcək qanun layihəsini dəstəkləyib. İndi layihəyə Senat baxmalıdır.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq