“20 Yanvar” metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən binada təmir-bərpa işləri aparılır:
“Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək”.
Qeyd edək ki, sözügedən binada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzi fəaliyyət göstərir.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq