Türkiyənin Azərbaycandakı səfirliyi martın 31-də Bakıda iftar süfrəsi təşkil edib.
BUTA.TV xəbər verir ki, səfir Cahit Bağçı iftar süfrəsinə təşrif gətirənləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını arzulayıb.
Azərbaycanlıların soyqırımının 104-cü ildönümü günündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Cahit Bağçı bildirib ki, bu gün müharibələr dünyamızın ən böyük bəlasıdır. O, bu müqəddəs ayda münaqişələrin bitməsini və dünyamıza əbədi sülhün qismət olmasını arzulayıb.
İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın din və ictimai xadimləri, o cümlədən qazilər və şəhid ailələri iştirak ediblər.
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı