İctimai yerlərdə belə bəyanatlar məndə sual yaradır: bu niyə edilir? Bu, açıq-aşkar yalandır və insanlar bunun yalan olduğunu yaxşı bilirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24 News” nəşrinə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyanın Ermənistanı qorumadığı barədə fikirlərinə cavab olaraq deyib.
Səfir deyib ki, o, belə ittihamların Ermənistanın ən yüksək vəzifəli şəxslərindən biri tərəfindən səsləndirilməsindən narahatdır:
“Çünki o (Simonyan), uzun müddətdir ki, hakimiyyət komandasındadır və Ermənistan və Rusiya arasında hansı dialoqun getdiyini yaxşı bilir”.
Kopırkin iddia edib ki, Qarabağda vəziyyətin həddən artıq çətin olmasına baxmayaraq, qətliamı dayandıran və fəlakətin baş verməsinin qarşısını alan yeganə ölkə Rusiya olub:
“Amma bu cür yalan (Simonyanın sözləri – red.) geniş ictimaiyyətə, Ermənistan vətəndaşlarına atılır və burada sual yaranır: bu, niyə edilir?”
Qeyd edək ki, Alen Simonyan Ermənistanı müdafiə etmək vaxtı gələndə Rusiyanın bunu etmədiyini bəyan edib. O qeyd edib ki, sonra biz bir daha ümid etdik ki, bizi qoruyacaqlar, sonra yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi