Azərbaycanda son 1 il ərzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlində ölkəmizdə 14 924 baş eşşək olub.
Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10 174-nün yaşı 3 və daha çoxdur.
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.
Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1 362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.
Sıralamada ikinci yeri 1 284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1 063 başla Ağstafa rayonu tutur.
Statistikaya görə, Bakı şəhərində cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4 116 baş), Lənkəran-Astara (2 713 baş) və Quba-Xaçmazdır (1 812 baş),
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:
Qazax rayonu - 895 baş
Quba rayonu - 891 baş
Samux rayonu - 728 baş
Tovuz rayonu - 550 baş
Yardımlı rayonu - 553 baş
Sabirabad rayonu - 474 baş
Goranboy rayonu - 468 baş
Astara raonu - 448 baş.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi