Rusiyanın Teleqramı əngəllənmək planı yoxdur, lakin Pavel Durov bu resursdan terrorçuların istifadə etməsinə daha çox diqqət yetirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Pavel Durovdan daha çox diqqət gözləyərdik. Çünki texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında yetişən bu unikal və fenomenal resurs getdikcə daha çox terrorçuların əlində alətə çevrilir, terror məqsədləri üçün istifadə olunur”, - o bildirib.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktını həyata keçirən silahlılar “Xorasanın səsi” Teleqram kanalı vasitəsilə işə cəlb olunduqları məlum olub.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır