Son vaxtlar İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəviyə qarşı öz ölkəsinin media qurumları tərəfindən hücumlar artıb.
BUTA.TV xəbər verir ki, səfir barəsində sosial media və xəbər saytlarında tənqidi yazılar dərc olunur.
Bu qəbildən olan növbəti hücum İranın analitik xəbər portalı “Bülten nyus” tərəfindən olub. Sayt Abbas Musəvinin səfirlik binasında hicabsız azərbaycanlı xanım jurnalistə müsahibə verməsini tənqid edib.
“İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin uyğun olmayan geyimdə olan qadın aparıcının yanında çəkilmiş fotoşəkli kiberməkanda böyük müzakirələrə səbəb olub. Aparıcının belə isti qarşılanması və İmam Xomeyni, inqilabın ali lideri və Qasım Süleymaninin şəklinin altında oturdulması və diplomat kimi Azərbaycan bayrağının onun yanına qoyulması bir çox sərt və tənqidi fikirlərə səbəb olub”, - sayt yazıb.
Səfirin bu hərəkətinin inqilab və onun dəyərlərinə, Musəvinin şərəf və ləyaqətinə zidd olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH-ın himayəsi altında fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasına bağlı sosial media kanalları da səfirə qarşı ittihamlar irəli sürüblər.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır