Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu kimi qaldı. İstər minimum əməkhaqqı, istərsə də xəstəliklə əlaqədar müavinət alanlar artım olacağını gözləyirlər.
BUTA.TV xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında müavinət və pensiyaların artırılmasının büdcədə iki cür nəzərdə tutulduğunu qeyd edib. N.Cəfərli cari ilin ortaları müavinətlərin artırılmasının mümkün olduğunu deyib:
“May-iyun aylarında büdcəyə yenidən baxılması gözlənilir. Bu zaman minimum əməkhaqqı və müavinətlərin artırılması məsələsinə də təkrar baxıla bilər. Çünki büdcədə vəsait olmadan hər hansı qərarla bu məbləği artırmaq mümkün deyil. Düzdür, Prezident fərmanı ilə ola bilər, amma yenə də belə qərar büdcədəki müvafiq maddələrə istinadən verilir. Ona görə də, düşünürəm ki, əvvəlcə büdcəyə əlavələr və dəyişikliklərin olunacağına baxmaq lazımdır”.
Natiq Cəfərli may-iyun aylarında maaş və müavinətlərin artırılma şansı və ya imkanının ola biləcəyini qeyd edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır