Rusiyanın qalmaqallı jurnalisti və teleaparıcısı Vladimir Solovyovun efirlərdən uzaqlaşdırılması tələb olunur.
BUTA.TV Rusiya mətbuatına istinadən xəbər verir ki, aparıcı Belqorodun atəşə tutulmasından şikayət edən və kömək istəyən sakinləri təhqir etməkdə günahlandırılır.
Onun təhqirlərindən və yalanlarından cana doyanlar üçün Change.org saytında teleaparıcının kanallardan uzaqlaşdırılması tələbi ilə petisiya yerləşdirilib. Petisiyaya 1600 şəxs imza atıb.
Qeyd edək ki, Solovyov aparıcısı olduğu “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində Belqorod şəhərinin atəşə tutulması ilə bağlı şikayətləri “iyrənc isteriya”, şəhərin müdafiəsiz qalması ilə bağlı danışan blogerleri isə “susun, ey məxluqlar" ifadəsi ilə təhqir edib. Özlərini təhqir olunmuş hesab edən sakinlər aparıcının bu fikirlərinə cavab olaraq onu gülləkeçirməz jiletlə şəhəri gəzməyə dəvət ediblər.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır