“Qızıl top”un beşqat qalibi Kristiano Ronaldo Portuqaliyada yeni “Ferrari” avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan “Daytona SP3” sürərkən görüntülənib.
BUTA.TV xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kristianodan başqa eyni avtomobil Formula 1 pilotu Çarlz Leklerə məxsusdur.
“Ferrari Daytona SP3” 2021-ci ildə təqdim edilib. Sportkarın kapotunun altında 840 at gücü hasil edən 6,5 litrlik V12 mühərriki var. “Daytona SP3” 100 km/saata 2,85 saniyəyə çatır maksimal sürəti 340 km/saatdan çoxdur. Bu avtomobil müasir “Ferrari” xəttində ən sürətli avtomobillərdən biri hesab olunur.
Qeyd edək ki, bu, Ronaldonun kolleksiyasındakı ən azı beşinci “Ferrari”dir. O, həmçinin Ferrari F430, 599 GTO və F12 TDF-ə sahibdir və yanvar ayında futbolçu yeni “Ferrari Purosangue”ni nümayiş etdirib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır