Fransa tezliklə Ukraynanı 78 ədəd “Sezar” haubitsası ilə təmin edə biləcək və Kiyevin sursata təcili ehtiyaclarını ödəmək üçün mərmi tədarükünü artıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
Lekornu bildirib ki, Fransa, Ukrayna və Danimarka arasında 155 mm-lik “Sezar” özüyeriyən haubitsalarının maliyyələşdirilməsinə dair razılıq əldə olunub və bu, Fransaya onları tez bir zamanda tədarük etməyə imkan verəcək.
Onun sözlərinə görə, Fransa həmçinin bu il Ukraynaya 155 mm-lik silahlar üçün 80 min mərmi tədarük etməyi qarşısına hədəf qoyub.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır