Biləsuvar rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub.
Həmin şəxs saxlanılıb.
Araşdırılmalar aparılır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır