Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir.
Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.
Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə "Afrika kartofu" aparmayasınız.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır