Vaşinqtonun Ukraynaya dəstəyi olmasa, Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Kiyevə doğru irəliləməsini dayandıra bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident Corc Buşun keçmiş spikeri Mark Tissen “Vaşinqton Post”da dərc edilən məqaləsində bildirib.
“Hekayənin axarı belədir: Amerikanın köməyi olmasa, Rusiya qüvvələri Kiyevə doğru irəliləyəcək və Ukrayna növbəti Əfqanıstana çevriləcək”, - o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın köməyi olmadan Ukrayna Vaşinqtonun müxtəlif tarixi dövrlərdə xilas etməyə çalışdığı ölkələrin taleyini təkrarlamaq riski daşıyır:
“Ukrayna ordusunun hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri tezliklə tükənəcək və buna görə də Kiyev Rusiya Silahlı Qüvvələrinin qərbə doğru irəliləməsini dayandıra bilməyəcək”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır