Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara “Azərpoçt”un adından saxta SMS-lər göndərilir.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini bildirir və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.
Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.
Qeyd edək ki, Azərpoçt MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır