Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti məlumat yayıb.
Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Baş nazir həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.
Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır