Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatların göndərməsinə dari xəbərlər feyk və dezinformasiyadır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.
"Erməni teleqram kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - nazirlik diqqətə çatdırıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır