Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.
Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.
Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, - dediyi eşidilir.
Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır