Transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşları saxlanılıb.
Axar.a 24.kg-ya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, Qırğızıstanın milli təhlükəsizlik orqanlarının diqqətini beş əcnəbi çəkib: V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudov və Z.İ.Məmmədov.
“Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “bradyaqa” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə cinayət ortaqları ilə birlikdə Qırğızıstana ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi ilə gəlib. Postsovet məkanında təsiri olan bu qrup dövlətin (Qırğızıstanın) mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasətinı qarşı bu addımı atmağa çalışıb”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, cinayət planları Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məhbuslar və azadlıqda olan şəxslər arasında cinayət ideologiyasından kütləvi şəkildə imtina etmək və dövlət siyasətini daha da dəstəkləmək üçün həyata keçirdiyi tədbirlər fonunda yaranıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır