Fransaya səfəri çərçivəsində martın 21-də Strasburqda Ermənistanın daxili işlər nazirinin müavini Arpine Sərkisyan və ədliyyə nazirinin müavini Karen Karapetyan Avropa Şurası Baş katibinin müavini Byorn Berge ilə görüşüblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ermənistan Daxili İşlər Nazirliyində strateji islahatlar, viza rejiminin liberallaşdırılması və Ermənistanın AB-yə mümkün üzvlüyü ilə bağlı məsələlər müzakirə olunub.
Sərkisyan bəyan edib ki, Avropa Şurası islahatlara mühüm töhfə verir.
Berge onların həyata keçirilməsinə Avropa Şurasının tam dəstəyini ifadə edib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı